!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yük maşını ilə "şou" göstərən sürücü tutuldu - VİDEO

!Reklam – Yazi

Avtoxuliqanlıq edərək özü və digər sürücülərin həyatını təhlüyə atan 46 yaşlı Elçin Babayev 99-YP- 314 nömrə nişanlı yol polisi avtomobilinin ekipajı tərəfindən saxlanılıb və izahatında hadisəni törədərkən içkili olduğunu bildirib.

Avtoxuliqan sürücünün işi Xəzər rayon məhkəməsinə göndərilib. Onun məhkəməyə gətirilməsinə “Xəzər Xəbər” əməkdaşları da şahidlik edib.
5 uşaq atası olduğu öyrənilən sürücü özünə bəraət qazandırmağa çalışıb, hətta açıqlaması, etdiyi hərəkətdən daha dəhşətli olub.

Ancaq sərxoşluğu və özünü müdafiələri nəticə verməyib. Sərxoş sürücüyə Xəzər rayon məhkəməsi tərəfindən 15 sutka həbs cəzası verilib və o, sürücülük hüququndan məhrum edilib. Lakin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqis Əsədov bildirib ki, o, yük maşınını nümayişkəranə şəkildə əks istiqamətdə sürərkən də sürücülük hüququ olmayıb. Yəni bundan aylarla əvvəl bu cəzanı alıb. Məhkəmə də həmin cəzanı daha 1 il uzadıb. Bələdiyyələrdən birində tullantı daşıyan həmin avtomobili necə sürdüyü isə məlum deyil.

Yeniçağ.az

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv