Bakıda yük maşını yandı
Bakı şəhəri, Səbail rayonunda yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.
Vətəndaşa məxsus “Qazel” markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.
Qəza zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.