Bakıda zəncirvari qəza-Fotolar

media-hightechnic-468x90

_qeza_160915_016Atatürk prospektində – metronun “Azadlıq” stansiyasına gedən istiqamətdə zəncirvari qəza baş verib.

Qəza nəticəsində 3 avtomobil toqquşub.

Hadisə nəticəsində ərazidə tıxac yaranıb.

Hazırda ərazidə Dövlət Yol Polisi əməkdaşları tərəfindən hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır(trend).

 

media-ziraat-728x90

Bakıda zəncirvari qəza-Fotolar

media-hightechnic-468x90

3f60971c6b2cf30f3af11a0dd9f840c0 (1)Ötən gecə Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.

Qəza yeni istifadəyə verilən Dərnəgül şosesindəki körpüdə qeydə alınıb.

Prospektlə yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobil qarşı yola çıxaraq “Nissan” və “Mercedes”lə toqquşub. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. “BMW” və “Nissan”ın sürücüsü xəsarət alıb. Hələlik şəxsiyyəti məlum olmayan sürücülər hadisə şahidlərinin köməyi ilə xəstəxanaya çatdırılıblar.

Qəza zamanı maşınlar yanmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın təhlükəsinə qarşı tədbir görülüb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, prospektlə yüksək sürətlə avtomobili idarə edən “BMW”in sürücüsü sərxoş olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600