Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Yenicag.az-a verilən məlumata görə, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Romance Palace”, “Grace Hall”, “Meridian”, “Grand Neon” və “Sapfir” şadlıq saraylarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti restoran və şadlıq saraylarının sahiblərini havanı çirkləndirməməyə, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə çağırıb.
www.yenicag.az