!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı yanğınla şeir yazıldı – Moskvada

!Reklam – Yazi

11086671_443351025833519_804359853_nJurnalist, publisist, tərcüməçi, Rusiya Bu Gün BİA-nin “Rusiya hamı üçün” portalının redaktoru və müxbiri, “amornews.az” saytının baş redaktoru, Dünya Gənc Türk yazarlar birliyinin Rusiya nümayəndəliyinin rəhbəri, Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının müxbir üzvü, Rusiya Sözçülük Akademiyasının müxbir üzvü. Azərbaycanda nəşr olunan “Ulduz” jurnalının redaksiya heyətinin üzvü Nilufər Şıxlının şeirini təqdim edirik:

NECƏ AYRILIQLAR VARMIŞ…

Necə ayrılıqlar varmış, ana!

Buludsuz göy üzündən də

Günəş yox olarmış….

Baharın ilk çağında da çıçəklər solarmış…

Bir an öncə anasının köksündə uyuyan körpə

Torpaqda yatarnış…

Bir evin külü

Aləmi bürüyərmiş başına…

Ölüm

Apardığının

Baxmazmış nə yalvarışına, nə də gözünün yaşına..

Baxmazmış gecəyə, gündüzə, sabaha…

Baxmazmış yazılan savaba,

Olmayan günaha.

Yüz ilin ölüsünə qarışarmış beş yaşlı uşaqlar…

Ana!

Dünyada nə dəhşətli ayrılıqlar, var!

Səninlə sözümün çəp gəldiyi də olur, ana!

Küsüb gedirəm də birdən!

Qüruruma boğulub zəng də vurmuram hərdən…

Dünya əbədiymiş kimi

Günlərlə üzünü görmədiyim də vardı…

İndi qorxu bürüyüb canımı –

Bəs günlərin birində

Səni itirsəm… itirsəm… necə olardı?!

Gördüm ki,

Bir andaca anasını, əzizini itirənlər oldu,

Dondum, qulaqların tutuldu,

Necə dözəsən o naləyə, fəryada?

Ana!

Nə qəribə, nə ansızın ayrılıqlar varmış dünyada!

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv