!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakıkart”ın mobil tətbiqində 4 gündür problem yaşanır – AYNA nə deyir?

!Reklam – Yazi

Artıq bir neçə gündür ki, “Bakıkart” mobil tətbiqinə giriş əlçatan deyil. Belə ki, tətbiqdən mütamadi olaraq istifadə edən sərnişinlər tətbiqdən istifadədə çətinliklər qarşılaşıblar. Bu hal da onların narazılığına səbəb olub. Bəs görəsən tətbiqdə olan bu nasazlığın səbəbi nədən ibarətdir? Tətbiqə əlçanlıq nə zaman mümkün olacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan Yenicag.az-a cavab olaraq bildirildi ki, “BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşır:

“Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, – deyə qurumdan bilirilib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv