!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının bu ərazisində qaz olmayacaq

!Reklam – Yazi

Ziya Bünyadov prospektində diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315mm-lik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 23 may 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Azəriqaz İB-dən Yenicag.az-a verilən məlumata görə, görülən işlərin Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə eləcə də 7 və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

“Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir”, – deyə məlumatda vurğulanıb.

www.yenicag.az

2469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv