Bakının bu qəsəbəsində su problemi yarandı

media-hightechnic-468x90

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində içməli su təchizatı ilə bağlı problem yaranıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a qəsəbədə yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-nin Suraxanı Su Kanal İdarəsinə müraciət etsələr də, vəziyyət düzəlmir.

“Bizə, sadəcə, deyirlər ki, ərazidə qəza var, ona görə su verilmir”, – deyə sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı “Azərsu”dan bildirilib ki, son günlər suya tələbatın artması müşahidə edilir:

“Bunu nəzərə alaraq magistral xətlərə suyun verilişi artırılıb ki, qəsəbələr normal su ilə təmin olunsun. Bu gün həmin əraziyə su veriləcək”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05