Bakının bu rayonunda qaz olmayacaq – Sabah – Yenicag.Az

Reklam

Reklam

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, yeni çəkilmiş diametri 400 və 325 mm-lik qaz xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, iyulun 10-u saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektlərinin, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 620
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."