61 yaşlı Sevil İsmayılovanın qızıl boyunbağısını zorla əlindən alan şəxs ələ keçirilib
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Yenicag.az lent.az-a istinadən xəbər verir ki, sentyabrın 14-də saat 21 radələrində T.Elçin küçəsində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talayan şəxs müəyyən edilib.
Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.
Araşdırmalar davam etdirilir.
www.yenicag.az