“Bakısız mümkün deyil” - Zaur Bayramlı ABŞ-nin Qafqaz siyasətini şərh edir

media-hightechnic-468x90

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri və Strateji Tərəfdaşlıq Xartiyası başda olmaqla, bir sıra mühüm sənədlərin imzalanması siyasi gündəmin əsas mövzusuna çevrilib.

media-banner_tuq

ABŞ-də yaşayan azərbaycanlı politoloq Zaur Bayramlı bu səfəri tarixi hadisə kimi qiymətləndirib.

media-zaur

Onun sözlərinə görə, Vaşinqtonun yüksək səviyyədə Bakıya bu formatda diqqət göstərməsi regionun yeni geosiyasi reallıqlarının qəbul edilməsi deməkdir:

“Bu səfər sadəcə diplomatik protokol hadisəsi deyil. ABŞ-nin vitse-prezident səviyyəsində Bakıya gəlməsi və strateji sənədlərin imzalanması Azərbaycanın artan geosiyasi çəkisinin göstəricisidir”.

Bayramlı qeyd edib ki, bəzi dairələrin hadisəyə soyuq yanaşması diqqət çəkir:

“Əgər analoji səfər və sənədlər əvvəlki administrasiya dövründə baş versəydi, bu gün fərqli reaksiyalar müşahidə edərdik. Təəssüf ki, bəzi çevrələr üçün milli və dövlət maraqları deyil, ideoloji simpatiyalar ön plandadır”.

Politoloq vurğulayıb ki, əvvəlki administrasiya – prezident Co Bayden və vitse-prezident Kamala Harris dövründə regiona münasibət fərqli idi, onların hər ikisi ermənipərəstdi və Bakı ilə münasibətlərdə müəyyən gərginlik elementləri müşahidə olunurdu. Onun fikrincə, yeni mərhələdə Vaşinqton daha praqmatik yanaşma sərgiləyir və Cənubi Qafqazda reallıqları nəzərə almağa başlayıb:

“Bu, emosional yox, strateji yanaşmanın nəticəsidir. Vaşinqton artıq anlayır ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq Bakısız mümkün deyil”.

Zaur Bayramlı hesab edir ki, imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcıdır və bu, ölkənin beynəlxalq sistemdə mövqeyini daha da gücləndirəcək.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05