Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıya uçan təyyarə niyə geri qaytarıldı?

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problemə görə Qazaxıstan paytaxtına geri qayıdıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər.

Təyyarənin göyərtəsində 90 nəfər sərnişin olub.

Əldə etdiyimiz son məlumata görə, həmin təyyarədəki problem aradan qaldırıldıqdan sonra yenidən Bakıya üz tutub. Bu gün saat 11:00 radələrində təyyarə Heydər Əliyev adına beynəlxalq hava limanına eniş edib.

www.yenicag.az

2135
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM