“Baku City Sight Tour” artıq regionlarda
“Baku City Sight Tour”-un fəaliyyəti müvəffəqiyyətlidir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə keçirilən konfransda bildirib ki, bu turun avtobus parkının genişləndirilməsinə, daha müasir avtobusların cəlb olunmasına və regionlarda da bu işlərin təşkil olunmasına dair təkliflər var.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi ilə dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” şirkəti arasında bağlanmış razılaşmaya əsasən “City Sightseeing Baku” şirkəti yaradılıb.
Şirkət Bakıda “Baku City Sight Tour”nu təşkil edir. Turların keçirilməsində məqsəd ölkəmizə səfər edən xarici qonaqları, eləcə də yerli sakinləri paytaxtımızın maraqlı və tarixi məkanları ilə tanış etmək, onlara ölkəmiz haqqında daha dolğun məlumat verməkdir. (oxu.az)