“BakuBus“ avtobusu yaşlı qadını vurub

media-hightechnic-468x90

47714“BakuBus” MMC-nin avtobusu yaşlı qadını vurub.

Hadisə Nəsimi rayonunda Mirəli Qaşqay küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Belə ki, “BakuBus” MMC-yə məxsus 8 saylı marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən piyada 73 yaşlı Simuzər Məmmədovanı vurub. S.Məmmədova Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb. O kəllə-beyin travması alıb. Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta-ağırdır.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. Məlum olub ki, piyada parkinq ərazisindən çıxaraq avtobusun sağ tərəfinə çırpılıb.

“BakuBus” MMC-nin mətbuat xidmətindən “Report”a fakt təsdiqlənib. MMC-dən bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol polis əməkdaşlarının rəyi əsasında avtobusun sürücüsünə qarşı lazımi tədbir görüləcək: “Sözügedən avtobus həmin yolda nəzərdə tutulan sürət həddini aşmayıb”.

Faktla bağlı “BakuBus” MMC və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır. (“Report”)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600