Balakəndə sel körpünü dağıtdı - VİDEO
Balakəndə sel körpünü dağıdıb.
Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyr-sabit hava şəraiti hökm sürür.
Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən, mənbəyini Qubek dağlarından alan Hunbul çayından səhər saatlarında sel keçib. Sel kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti dayanıb.
Hazırda aidiyyəti qurumlar hadisə yerinə baxış keçirərək körpüdə baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparır.