“Balıqlar tutulduqdan sonra ya diri şəkildə satılmalı, yaxud da mütləq soyuducularda saxlanılmaldır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında balıq satışında yol verilən yanlışlar və vətəndaşların balıq alarkən diqqət etməsi lazım olan məqamlardan danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz” fikri yanlışdır.
“Balığı istənilən mövsümdə yemək olar. Lakin balıq tez xarab olan, riskli məhsullar siyahısındadır. Ona görə də, balığın bütün növləri, xüsusilə, hisə verilmiş növü çox təhlükəli ola bilər. Təzə balıq adı ilə satılan balıq da insanları zəhərləyə bilər. Biz illər boyu paytaxtda küçələr, zənbillərdə taxtaların üzərində necə gəldu bu məhsul satılır. Bu, yolverilməzdir. Balıqlar tutulduqdan sonra ya diri şəkildə satılmalı, yaxud da mütləq soyuducularda saxlanılmaldır. Mən bunun Avropa ölkələrində də şahidi olmuşam. Saxlanılma şəraitinə görə düzgün saxlanmış balıq ilin istənilən vaxtında yeyilə bilər. Lakin balıq seçərkən vətəndaşlar diqqətli olmalıdır. Balığın gözü batıq olmamalı, qulağının atlı qara deyil, al qırmızı rəngdə olmalı, pulları tökülmüş vəziyyətdə olmamalıdır. Bütün bunlar bu məhsulun təzəliyinə dəlalət edən amillərdir”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, hazırda Azərbaycana bir çox xarici ölkələrdən balıq məhsulu gətirilir:
“O cümlədən, Azad İstehlakçılar Birliyinin sevmədiyi Viyetnamdan gətirilən “Panqus” balıqlarıdır. İstehlakçılar da balıqlara iki cür yanaşır: Bunlar göl şəraitində yetişən və okean şəraitində yaşayan balıqlardır. Hazırda balıq satışı və saxlanılması baxımından sanitariya istiqamətində ciddi problemlər var. Ona görə də vətəndaşlar o yerlərə üstünlük versinlər ki, həmin balıqlar saxlanılma şəraitinə tam uyğundur”.
İsmayıl Bakuvi
www.yenicag.az