Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BAMF prezidenti Belçika səfiri ilə görüşüb

Bu gün Belçika Krallığının Azərbaycandakı səfiri Bert Şufs və onun müavini Denis Naets Beynəlxalq Avrasiya Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşüblər.

Bert Şufs 2016-cı ilin avqustunda Azərbaycana səfir təyin edilib.

Səfir təyin olunduğu andan BAMF-ın müxtəlif tədbirlərində iştirak etdiyini deyən Bert Şufs Fondun müxtəlif sahələri əhatə edən fəaliyyətini yüksək qiymətləndirib.

B. Şufs BAMF-ın təşəbbüsü ilə yaradılmış 5 dildə fəaliyyət göstərən Eurasia Diary protalını izlədiyini və orada gedən analitik yazıların dünyada və regionda sülhü təbliğ etdiyini söyləyib.

O, həmçinin QHT-lərin vətəndaş cəmiyyətində vacib rol oynadığını vurğulayıb.

B. Skufs regional əməkdaşlıq barədə də danışıb.

O, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin yaxşı olduğunu qeyd edib. Səfir deyib ki, Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasında yeganə mərkəzdir.

Səfir regionda sülhün təbliğ olunmasının əhəmiyyətindən danışıb. O, həmçinin, münaqişələr zamanı ən çox uşaqların əziyyət çəkdiyini qeyd edib. Səfir Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqların dəstəklənməsində BAMF-ın gördüyü işləri yüksək qiymətləndirib.

U. Mirzəyev səfir Bert Skufs-a BAMF-ın həyata keçirdiyi layihələr barədə məlumat verib. Qeyd edib ki, BAMF iyunun 1-də Beynəlxalq Uşaqlar Günü münasibətilə cəbhə xəttində yerləşən Şıxarx və Həsənqaya kəndlərinə baş çəkmək və bu günü orada yaşayan uşaqlarla birlikdə qeyd etmək üçün Tərtərə getməyi planlaşdırır.

Bundan əlavə BAMF prezidenti müxtəlif regionlarda həyata keçirilən layihələr barədə də danışıb. U. Mirzəyev səfirin regionda sülhün təbliğ olunmasının vacib olması fikriylə razı olduğunu bildirib. O, qeyd edib ki, münaqişədən ən çox adi insanlar əziyyət çəkir.

Daha sonra tərəflər səfirlik və BAMF arasında gələcək əməkdaşlığa dair bir sıra məsələləri müzakirə ediblər. Hər iki ölkə arasında uzunmüddətli əməkdaşlığın qurulmasının əsas istiqamətlərdən biri olduğu bildirilib.

Bert Skufs Umud Mirzəyevə onu BAMF ofisinə dəvət etdiyi üçün təşəkkürünü bildirib və təşkilatın gördüyü işləri yüksək qiymətləndirib.

“Sülh yolunda siz və sizin təşkilatınız böyük işlər görürsüz. Bu mənada sizin təşkilatın BMT-nin ECOSOS yanında məşvərətçi statusu alması təsadüfi deyil. Mən ümid edirəm ki, siz bu yolda fəaliyyətinizi hər zaman davam etdirəcəksiniz”, – deyə səfir bildirib.

Yenicag.az

www.yenicag.az

602
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100