"Bank of Baku"da texniki problem, yoxsa əsassız borc? - ŞİKAYƏT

media-hightechnic-468x90

“Bank of Baku”nun müştərisi debet kartındakı hesabına əsassız olaraq mənfi balans yazıldığını iddia edərək, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib.

Yenicag.az xəbər verir ki, şikayətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bankın tətbiqində ciddi texniki xətaların olduğunu vurğulayıb. Vətəndaşın sözlərinə görə, bankla əlaqə saxlanılsa da, problem hələ də həllini tapmayıb.

Şikayətçinin müraciətini olduğu kimi təqdim edirik:

media-whatsapp-image-2026-01-09-at-13-06-19

“24.12.2025-ci il tarixində bankın tətbiqinə daxil olarkən, debet kartımda -4.88 AZN balans yarandığını gördüm. Bütün haqq-hesablarımı yoxlamışam; 01.01.2025-ci il tarixindən bu günə kimi balansımda əksik olan heç bir məqam yoxdur. Tətbiq üzərindən hesabladıqda mənə yazılmalı olan heç bir borc görünmür, lakin balans mənfidir.

Bunun texniki xəta olduğunu düşünürəm və ciddi araşdırılmasını tələb edirəm. Son zamanlar sosial şəbəkələrdə məhz ‘Bank of Baku’ ilə bağlı eyni problemin yaşandığını – bir çox şəxsin hesabına mənfi balans yazıldığını, şikayət etdikdə isə bunun ‘texniki xəta’ adlandırıldığını görürük. Bu cür hallar bank sistemi üçün qəbul edilməzdir. Artıq Mərkəzi Banka müraciət etmişəm və şəffaf nəticə gözləyirəm”.

Məsələ ilə bağlı Yenicag.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa