!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların yanlış strategiyası: yüksək faiz, az müştəri... - Ekspertdən çıxış yolu

!Reklam – Yazi

Bank kreditlərinə tələb ötən dövrlərlə müqayisədə xeyli azalıb. Kredit portfelində əvvəlki illərlə müqayisədə 11,7 milyard manatlıq azalma müşahidə edilir. Adətən, bazar iqtisadiyyatı şəraitində kreditə tələb azalanda banklar problemdən çıxmaq üçün kredit faizlərini aşağı salırlar. Azərbaycanda isə kreditə tələb azalsa da, banklar kreditlər üzrə faizləri yüksək həddə saxlamaqda davam edirlər.

Görəsən, sözügedən vəziyyətdə banklara kredit faizlərini aşağı salmağa nə mane olur?

İqtisadçı-ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, real rəqabət mühiti olmadığından banklar da tələbin azalmasına rəğmən kredit faizlərini aşağı salmaq barədə düşünmür:

“Birincisi, bankların özləri ciddi problemlər içərisində çapalayır. Onların gəlirlik səviyyəsi çox aşağıdır. Problemli kreditlərin həcmi də kifayət qədər yüksək səviyyədədir. Banklar son zamanlar sanki ancaq valyutadəyişmə məntəqəsi rolunda çıxış edirlər. Kredit verə, verdiklərini də toplaya bilmirlər. Bu fonda kreditləri aşağı faizlərlə verdikdə, depozit faizlərini də aşağı salmalı olacaqlar.

Prosesin baş verməsi üçün Mərkəzi Bank da addım atmalıdır. Uçot səviyyəsini aşağı salmaq və banklara kredit verilməsinə imkanlar yaratmalıdır. Banklar xarici kredit xətlərindən istifadə etməyə məcbur olur. Amma Azərbaycan banklarının reytinqinin aşağı düşməsi fonunda xaricdən cəlb olunan kreditlərin həcmi də cüzi olur. Həm də bu proses valyuta ilə aparıldığından burada məzənnənin oynaması riski də güclüdür. Ona görə də banklar bu riski kredit verərkən faizlərin üzərinə gəlir. Beləcə, daha yüksək faizlə kredit verməkdə davam edirlər. Təbii ki, banklar daha çevik olsa, real rəqabətli mühit formalaşsa, banklar da məcburən kredit faizlərini aşağı salıb, daha çox müştəri cəlb edə bilərlər. Təəssüf ki, Azərbaycanda bu sahədə də ciddi və real rəqabət mühiti yoxdur. Banklar kreditə tələbin aşağı olmasını əsas götürərək, az faizlə kredit verməkdənsə, yuxarı faizlə kredit almağa razı olan müştərini gözləməyə daha çox üstünlük verirlər. Bu da səhv yanaşmadır. Amma təəssüf ki, banklarda hələlik, məhz bu yanaşma üstündür”.

ELÇİN

www.yenicag.az

3924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv