Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Yenicag.az xəbər verir ki, Avropanın ən güclü komandaları qitənin ən nüfuzlu klub turnirində mübarizəyə start veriblər. İlk oyun günündə A, B, C və D qruplarının oyunları keçirilib.
Qitənin ən nüfuzlu klub turnirində iştirakçılardan biri də Azərbaycan çempionu “Qarabağ” idi. Təmsilçimiz debüt matçını səfərdə İngiltərə çempionu “Çelsi”yə qarşı keçirib və böyük hesabla məğlub olub. “Qarabağ”ın yer aldığı C qrupunun digər matçında “Atletiko” ilə “Roma” görüşüb. Günün yeganə qol vurulmayan matçı məhz bu gorüş olub.
Günün mərkəzi oyunu isə D qrupu çərçivəsində “Barselona” və “Yuventus” arasında baş tutub. Ötən mövsüm İtaliya klubuna uduzmaqla ÇL-dən kənarda qalan Kataloniya təmsilçisi böyük hesabla qalib gələrək qisasını alıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
12 sentyabr
A qrupu
“Benfika” (Portuqaliya) – ÇSKA (Moskva, Rusiya) 1:2
Qol: Seferoviç, 50 – Vitinyo, 63. Camalettinov, 71.
“Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə) 3:0
Qol: Fellaini, 35. Lukaku, 53. Reşford, 84.
B qrupu
“Bavariya” (Almaniya) – “Anderlext” (Belçika) 3:0
Qol: Levandovski, 11-pen. Alkantara, 65. Kimmix, 90.
“Seltik” (Şotlandiya) – PSJ (Fransa) 0:5
Qol: Neymar, 19. Mbappe, 34. Kavani, 40. Lustiq, 83-öz qapısına. Kavani, 85.
C qrupu
“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 6:0
Qollar: Pedro, 5. Zappakosta, 30. Aspilikueta, 55. Bakayoko, 71. Batşuayi, 76. M.Medvedev, 82-öz qapısına.
“Roma” (İtaliya) – “Atletiko” (İspaniya) 0:0
D qrupu
“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) 3:0
Qol: Messi, 45; 69. Rakitiç, 56.
“Olimpiakos” (Yunanıstan) – “Sportinq” (Portuqaliya) 2:3
Qol: Pardo, 90; 90+3 – Dumbiya, 2. Martins, 14. Fernandes, 43.
www.yenicag.az