!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Barselona"dan Arda Turan açıqlaması: "Çox məyusuq"

!Reklam – Yazi

Arda Turanın müqavilə ilə məxsus olduğu İspaniyanın “Barselona” klubu başı qalmaqala qarışan futbolçusu barədə açıqlama verib.

Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidmətinin rəhbəri Josep Vives baş verən hadisələrdən məyus olduqlarını bildirib:

“Yaşananlara görə çox məyusuq. Bu mövzu ilə bağlı Türkiyədən gələn xəbərlər xoş deyil. Arda yaxından tanıdığımız, dostluq münasibətlərimiz olan futbolçudur. Olanlardan xəbərimiz var, prosesi izləyirik, lakin bu hadisə ilə bağlı hər hansı əlavə şərh vermək istəmirik”.

Qeyd edək ki, Arda Turan qanunsuz əməllərdə ittiahm olunur. İstanbul Prokurorluğu A.Turanın cinsi təzavüz, qəsdən sağlamlığa zərər vurma və qanunsuz silah gəzdirmə ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsini tələb edib.  İcarə əsasında çıxış etdiyi “Başakşəhər” isə 31 yaşlı yarımmüdafiəçini müğənni Berkayla arasında baş verən hadisə ilə bağlı 2,5 milyon Türk Lirəsi məbləğində cərimə edib.

www.yenicag.az

2079
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv