Baş katib: “Gətirdiyimiz yüklər Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”

media-hightechnic-468x90

“Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq dörd gündür Ağdam-Xankəndi yolunda gözləyirlər və danışıqlar davam edir:

“Hazırda müvafiq cavab gözləyirik. Hər hansı bir nəticə olan zaman məlumatı sizinlə bölüşəcəyik. Gətirdiyimiz ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacağıq”.

Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton unun Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05