Baş katib Ukrayniya ilə bağlı danışıb
“Minsk protokolu Ukraynadakı vəziyyətin nizamlanmasına dair əsas sənəd olaraq qalır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi birgə brifinqdə Avropa Şurasının (AŞ) baş katibi Tornbörn Yaqland deyib.
“Biz Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə etdik. Berlin divarlarının sökülməsindən 25 il sonra yeni divarların tikilməsinin zamanı deyil. Biz münaqişə zonasında gərginliyin azaldılmasına, danışıqların bərpasına cəhd etməliyik. Minsk protokolu məqsədə çatmaq üçün istifadə edəcəyimiz yeganə mexanizmdir”, – deyə Avropa Şurasının baş katibi vuğulayıb.
(az.apa.az)