!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir: “Avropa İttifaqının parçalanmasından söhbət gedə bilməz”

!Reklam – Yazi

Belçikanın baş naziri Şarl Mişel Brüsseldə səfərdə olan ABŞ vitse-prezidenti Mayk Pens ilə görüşüb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, baş nazir görüşü konstruktiv adlandırıb.

“Avropa İttifaqının parçalanmasından söhbət belə gedə bilməz. Bu məsələ gündəmdə də deyil. Düşünürəm ki, bu fikri ABŞ-dakı həmkarlarımıza çatdıra bildik. Çox ehtimal ki, qarşı tərəf bizi anladı”, deyə Ş.Mişel bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını gözəl hadisə kimi dəyərləndirib.

Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək.

Yeniçağ.Az

COP29

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv