Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi vaxtı açıqladı

media-hightechnic-468x90

bineli_yildirimBakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək.

Yenicag.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşdə deyib.

B.Yıldırımın sözlərinə görə, BTQ layihəsi başa çatma mərhələsindədir.

G.Kvirikaşvili isə bildirib ki, Tbilisi BTQ-nin tikintisini tezliklə yekunlaşdırmaq üçün bütün zəruri işləri görür.

Gürcüstanın Baş naziri bu layihəni Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığında mühüm bənd adlandırıb.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600