Baş nazir Britaniyada təlim keçən ukraynalı hərbçilərlə GÖRÜŞDÜ

media-hightechnic-468x90

 

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin qərbində yerləşən və Ukrayna hərbçilərinin təlim keçdiyi hərbi bazaya baş çəkib. O, ukraynalı əsgərlərin əzmkarlığını yüksək qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sky News” portlaı məlumat yayıb.

Starmer Britaniya, Yeni Zelandiya və Ukrayna hərbçiləri ilə görüşərək, ukraynalıların qətiyyətini vurğulayıb və onları əlavə təlim keçmək üçün Birləşmiş Krallığa gəlmələrinə görə təşəkkür edib.

“Bu, mənim sözügedən təlimləri izləmək üçün ikinci səfərimdir. Əvvəlki kimi, bu dəfə də böyük heyranlıq hissi yaşayıram”, – deyə Starmer bildirib.

Baş naziri Yeni Zelandiyanın hökumət başçısı Kristofer Lakson da müşayiət edib. O, iki ölkə arasında müdafiə tərəfdaşlığının dərinləşdirilməsinin qeyd olunmasına qatılıb.

Lakson da Ukrayna əsgərlərini “ilhamverici” və “qəhrəmanlar” adlandıraraq onlara heyranlığını ifadə edib. O, Ukraynanın “son dərəcə ədalətsiz, qanunsuz və qeyri-əxlaqi Rusiya müharibəsinə” qarşı döyüşdüyünü bildirib.

Qeyd edək ki, Avropa ərazisində ukraynalı hərbçilərin hazırlığı, əsasən, iki proqram çərçivəsində həyata keçirilir – Britaniyanın rəhbərlik etdiyi “Interflex” əməliyyatı və Aİ-nin təşəbbüsü ilə gerçəkləşdirilən EUMAM proqramı.

“Interflex” əməliyyatına 2022-ci ilin payızında start verilib. Bu prosesdə 10-dan çox ölkə iştirak edir və Ukrayna hərbçilərinə Britaniya ərazisində təlim keçir. 2024-cü ilin noyabrına olan məlumata görə, bu proqram çərçivəsində 50 min ukraynalı hərbçi təlim keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600