!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir Recina De Dominişislə görüşdü

!Reklam – Yazi

Yanvarın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNICEF-in Cenevrədəki BMT ofisində Nümayəndəsi və Avropada Qaçqınlar və Miqrant məsələləri üzə xüsusi koordinatoru Recina De Dominişislə görüşüb.

Bu barədə Yenicag.az-a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük önəm verdiyi və bu baxımdan UNICEF ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi bildirilib.

Azərbaycanla BMT-nin Uşaq Fondu arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edən səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb.

Azərbaycanda uşaqların müdafiəsinin və uşaq hüquqlarının təmin olunmasının diqqət mərkəzində olduğu bildirilərək ötən dövrdə ölkəmizin BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qoşulduğu vurğulanıb.

Bildirilib ki, 2020-ci ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir.

Eyni zamanda Azərbaycanda sağlamlıq imkanları məhdud, eləcə də həssas təbəqədən olan uşaqlara dövlət tərəfindən böyük qayğı göstərildiyi vurğulanıb.

Görüşdə həmçinin keçmiş münaqişədən əziyyət çəkmiş uşaqlara yardım, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə, cari ildə Azərbaycanda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində uşaq hüquqlarının qorunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

COP29

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv