!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirdən dövlət satınalmaları ilə bağlı MÜHÜM QƏRARLAR

!Reklam – Yazi

“İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalının operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.

Bundan başqa, Baş nazir “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları”nı və “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamənin və elektron satınalmanın keçirilməsi Qaydaları”nı da təsdiq edib.
Baş nazirin qərarı ilə “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları” da təsdiq edilib.

Eyni zamanda, Əli Əsədovun imzaladığı qərarlarla “Satınalma güzəştinin tətbiqi Qaydası”, Çərçivə sazişinin, təklif sorğusunun və sadə satınalma müqaviləsinin nümunəvi forması, Uyğunluğa dair sənədlər toplusunun və uyğunluq göstəricilərinin qiymətləndirilməsi haqqında qərarın forması, “Satınalma metoduna uyğun olaraq satınalmanın nəticələri haqqında yekun protokolun Forması”, “Satınalma planının formasının, habelə satınalma planında, uyğunluğa dair sənədlər toplusunda, şərtlər toplusunda və təkliflərin cəlb edilməsi barədə elanda (dəvətdə) satınalma predmetinin qeyd olunması üçün təsnifat kodlarının və onlardan istifadə Qaydası”, “Ehtimal olunan qiymətin hesablanması Qaydası” və “Şərtlər toplusunun nümunəvi forması” da təsdiqlənib.

COP29

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv