Baş nazirdən ƏCAİB TƏKLİF: “Qalstukdan imtina edin ki...”

media-hightechnic-468x90

Hökumət başçısı əhaliyə qalstukdan imtina ilə bağlı çağırış edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes enerjiyə qənaət məqsədilə əhalini qalstukdan imtina etməyə çağırıb.

Baş nazir bu tövsiyəyə ilkin olaraq özü əməl etməklə nümunə göstərmək istəyib:

“Mən qalstuk taxmıram. Bu o deməkdir ki, biz hamımız enerjinin qorunması naminə qalstukdan imtina edə bilərik”.

Sançes qalstukdan imtinanın enerji qənaətinə necə səbəb olacağını konkretləşdirməyib. Ehtimala görə o, qalstuk taxmamağın ofisdə kondisionerlərin söndürülməsinə imkan verəcəyini düşünüb:

“Mən nazirlərlərdən, həmçinin özəl sektor təmsilçilərindən xahiş edirəm ki, ehtiyac olmadıqda qalstuk taxmasınlar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600