!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirin içkili şəkildə çılğın rəqsi ölkəni qarışdırdı – ŞOK VİDEO

!Reklam – Yazi

Dünya sosial mediasında gündəm Finlandiyanın baş naziri Sanna Marindir.

Yenicag.az xəbər verir ki, 36 yaşlı xanım baş nazirin qatıldığı əyləncə gecəsinin görüntüləri mediaya sızıb.

Videoda dostları və rəfiqələri ilə içki içib, rəqs edən Sanna Marinin finli repçi Petri Nygard və popçu müğənni Anttj Tuiskunun mahnılarını çılğınca oxuduğu görünür.

Finlandiyanın “Iltalehti” qəzetinin yazdığına görə, Marinlə əylənənlər arasında müğənni Alma, aparıcılar Tinni Wikström və Karoliina Tuominen, youtuber Ilona Ylikorpi də var.

Videonun nə zaman çəkildiyi bilinməsə də, ölkəni ikiyə bölməyə yetib. Müxalifət baş nazirin narkoloji test verməsini tələb edərkən, bir çoxları da dostları ilə səmimi əylənməsini bəyənib.

Qeyd edək ki, fin baş nazir görüşdüyü nazirin koronavirusa yoluxduğu bəlli olduqdan qısa müddət sonra gecə klubuna getdiyi üçün xalqdan üzr istəmişdi.

VİDEONU BURADAN İZLƏYƏ BİLƏRSİNİZ. 

COP29

www.yenicag.az

2461
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv