Vladimir Qroysmanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin yaradılması tələbi şəxsi mənafeyi üçündür.
Yenicag.az xəbər verir ki, bunu Ali Radanın deputatı İqor Mosiyçuk Feysbuk səhifəsində yazıb.
O bildirib ki, Qroysmanın tələbi Beynəlxalq Valyuta Fondundan kredit almaq istəyi ilə əlaqədardır:
“Ukraynanın Baş naziri Vladimir Qroysman Radanı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin yaradılması haqqında qanunu qəbul etməsə, istefa verməklə təhdid edib. Amma bunu korrupsiyanın qarşısını almaq üçün deyil, hər nə bahasına olursa olsun, vəzifəlilər tərəfindən talanacaq BVF-dən milyardlarla kredit almaq üçün edib. Amma baş nazirin Ukraynanın iqtisadiyyatının böyüməsini təmin edə bilməməsi səbəbindən istefa verməsi daha yaxşı olardı”.
www.yenicag.az