Baş prokuror Kamran Əliyev Türkiyədə səfərdədir - YENİLƏNDİ

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Yenicag.az-a Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, dünyanın müxtəlif dövlətlərinin baş prokurorlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbirdə rəqəmsallaşma dövründə səmərəli istintaqın aparılması və digər mövzular ətrafında müzakirələr aparılacaq.

***

11:02

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyədə səfərdədir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, o, Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Avropa-Regional Konfransında iştirak edir.

Səfər çərçivəsində Kamran Əliyev türkiyəli həmkarı Bekir Şahin ilə ikitərəfli görüş keçirilməsi də nəzərdə tutulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa