Baş Prokurorluq Məhkəmədə törədilən qətllə bağlı məlumat yayıb

media-hightechnic-468x90

58b2037d397ac7b890fa544705a7c5bcBaş Prokurorluq Balakən Rayon Məhkəməsində törədilən qətl hadisəsi ilə bağlı məlumat açıqlayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, fevralın 4-də Balakən Rayon Məhkəməsində rayonun Qullar kənd sakini Xanpəriyev Məhəmməd İlham oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Xipiyev Elşən Etibar oğlu üstündə gəzdirdiyi bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib. M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada aldığı xəsarətlərdən ölüb.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600