Azərbaycanda yaxın illərdə təcili tibbi yardım xidmətinin pullu olması barədə dolaşan xəbərlərə aydınlıq gətirilib.
Yenicag.az xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanov bununla bağlı Bakupost.az-ın sualını cavablandırıb.
“Vətəndaşlara təcili təxirə salınmaz yardım bütün dünyada icbari tibbi sığorta ilə qarşılanır və dövlətin birmənalı olaraq pulsuz tibbi xidmətidir. Amma gələcəkdə təcili tibbi yardımı əsassız çağırıb, hər hansı problemini həll etmək istəyənlərə bu xidmət ödənişli ola bilər.
Çünki təcili olmayan hallarda, məsələn, ayağım ağrıyır, başım ağrıyır kimi məsələlərə görə təcili tibbi yardımı çağırmaq olmaz. Belə çağırış zamanı İTS xərcləri düzgün xərclənmir. Ona görə beynəlxalq praktikada belə çağırışlar ödənişlidir. Növbəti ildə təcili tibbi yardımın ödənişli olması gözlənilmir. Bu xidmət tam ödənişsizdir”, – TƏBİB sədri bildirib.
www.yenicag.az