Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Başı paramparça idi" - Türkiyədə öldürülən Türkayın qohumu danışdı - FOTOLAR

Türkiyənin Dənizli şəhərində sevgilisi Mertkan Öztürk tərəfindən öldürülən azərbaycanlı Türkay İsayevanın qohumu Natavan Əhmədova məlum hadisə ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, o, açıqlamasında dəfələrlə Türkayın şiddətə məruz qalması ilə bağlı polisə müraciət etdiyini, lakin bunun heç bir nəticə vermədiyini bildirib. Qadının sözlərinə görə, İsyavanın şikayətinə biganə münasibət göstərilib:

“Türkayla tez-tez görüşürdük. Bir dəfə onlara getdim. Gözümün önündə 4 dəfə döyüldü. Sevgilisi hər gün onu döyürdü. Heç kim bizim şikayətlərimizə baxmadı. Yalançı şahid tutub, onu xilas etdilər. Türkayı götürüb aparmaq istəyirdim, Mertkan icazə vermirdi. Deyirdi onu sevirəm. Hər dəfə onun başını aldadırdı. Ölümündən 3 gün əvvəl danışmışdıq. Dedi ki, ayrılmışam, canım qurtarıb. Amma Mertkan ona rahat nəfəs almağa imkan vermirdi, onu izləyirdi. Bir də eşitdik ki, Türkayı döyərək öldürüb. Başı paramparça idi”.

Natavan Əhmədova bildirib ki, hadisə Türkayın 7 yaşlı övladının gözü önündə baş verib:

“Hadisəni mənə uşaq danışdı. Dedi ki, anamın saçlarından tutub, divara vururdu, ağzından, burnundan qan gəlirdi. Uşaq anasını vanna otağına aparıb, əl-üzünü yusa da, qadın çoxdan ölübmüş. Uşağı da ölümlə hədələyib. Psixologiyası tamamilə pozulub, yata bilmir”.

Natavanın sözlərinə görə, onun özü də təhdidlər alır:

“Qardaşı, hadisəyə şahidlik edən məni də, digər qohumlarımı da təhdid edir. Deyir ki, 4 vəkil tutub Mertkanı xilas edəcəyik. O qatili xilas etməyə imkan verməsinlər. Mertkandan olan 5 aylıq uşağı var. O da Dənizlidə dövlət himayəsinə alınıb. Rəcəb Tayyin Ərdoğana səslənirəm, bizə kömək etsin”.

Qeyd edək ki, qətlə yetirilən 33 yaşlı Türkay İsayeva 2 uşaq anası olub. Onun ölümündə təqsirli bilinən Mertkan Öztürk isə sevgilisinin pilləkənlərdən düşərək öldüyünü iddia edib. Ancaq tibbi ekspertiza zamanı qadının döyülərək öldürüldüyü üzə çıxıb.

 

Loading...

www.yenicag.az

3063
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100