Batmaq təhlükəsi olan 6 nəfər xilas edildi

Batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Xaçmaz, Mərdəkan, Qobustan, Nardaran 2 və Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas olunub.