Baxçalıdan İğdırla bağlı Azərbaycanın istədiyi qərar

media-hightechnic-468x90

11146312_851039361600558_7650877820145776421_nTürkiyədə partiyalar millət vəkilliyinə namizədlərini açıqladılar. AKP, CHP və MHP-dən bir sıra Azərbaycan əsilli namizədlər irəli sürülsə də, sadəcə MHP Azərbaycan kökənli namizədlərə şans tanıdı. Hər halda ilkin məlumatlar onu göstərir.

Yenicag.az xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı İğdırdan iki Azərbaycan kökənli namizəd irəli sürüb.

Siyahıda birinci olan İsa Yaşar Tezel Azərbaycan əsilli jurnalistdir. Məmməd Əmin Rəsulzadənin təməlini qoyduğu Azərbaycan Kültür Dərnəyinin sədr müavinidir. 1987-ci ildən TRT-də çalışıb, Ankara radiosunun direktor müavinliyinə qədər yüksəlib. TRT-nin strategiya mütəxəssislərindəndir.

Siyahıda ikinci olan Səfər Qaraqoyunlu da uzun illərdən bəri Türkiyədə Azərbaycan davasını aparan soydaşlarımızdan biridir. İstanbul Türkiyə Azərbaycan Kültür Dərnəyinin başqanı olan Səfər bəy xüsusilə Xocalı soyqırımı və həmrəylik günləri ilə bağlı təşkil etdiyi panel və simpoziumlarla Azərbaycanın ağrılı yarasını – Qarabağı daim Türkiyədə gündəmdə saxlayır.

Dövlət Baxçalının bu qərarı İğdırdakı soydaşlarımız üçün də mühüm əhəmiyyət kəsb edir. Əgər hər iki namizəd seçilərsə, Azərbaycanı Türk parlamentində ən az 2 şəxs təmsil edəcəkdir.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600