Bayden Tramp üçün bütün resursları səfərbər etdi

media-hightechnic-468x90

Bazar günü ABŞ prezidentliyinə namizəd Donald Tramp ikinci sui-qəsd cəhdinə məruz qalmış ola bilər. Prezident Co Bayden hakimiyyətə siyasətçini qorumaq üçün bütün resurslardan istifadə etməyi tapşırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.

“Komandam mənə məlumat verdi ki, federal hüquq-mühafizə orqanları bu gün keçmiş prezident Trampa qarşı mümkün sui-qəsd cəhdini araşdırır. Şübhəli şəxs saxlanılıb. Sevinirəm ki, keçmiş prezident xəsarət almayıb”, – Bayden bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı fəal araşdırma aparılır və hüquq-mühafizə orqanları baş verənlərlə bağlı daha ətraflı məlumat toplayır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05