!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baydendən təhlükə XƏBƏRDARLIĞI: “ABŞ-də proseslərin dəyişəcəyini müşahidə edəcəyik”

!Reklam – Yazi

“Proseslər təhlükəli tendensiyalardan xəbər verir”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Co Baydenin “əgər noyabrda keçiriləcək prezident seçkilərinə namizəd Donal Tramp uduzarsa, hakimiyyəti dinc yolla dəyişməyə imkan verməyəcək” bəyanatını şərh edən politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, ABŞ-də seçki sistemində mövcud olan ciddi problemlər bir neçə dəfə müşahidə edilib.

“Co Bayden qalib olduqdan sonra Donald Tramp seçki pozuntuları və müdaxilə ilə bağlı dünya gündəmini zəbt edəcək açıqlamalar verdi. Bu dəfə də seçkilərin çox qarışıq keçəcəyi gözlənilir. Ümumiyyətlə, ABŞ-nin dünyaya demokratiya qalası kimi təqdim edilməsinə baxmayaraq, seçki prosesindəki problemlərlə bağlı müxtəlif fikirlər daim səslənib. Bu amillər nəzərə alındıqda qarşıdakı seçkilərdən sonra ABŞ-də proseslərin dəyişəcəyini müşahidə edəcəyik”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, seçki dövründə Trampa qarşı sui-qəsd və müxtəlif hüquqi hücumlar həyata keçirilib.

“Bu da demokratların hakimiyyəti respublikaçılara ötürməmək üçün əllərindən gələni etdiyini göstərir.

Belə bir bəyanat səsləndirməklə Bayden seçkidən sonra baş verəcək hansısa pozuntuya görə indidən Trampı kölgə altında saxlamağa çalışır. Proseslər təhlükəli tendensiyalardan xəbər verir. Seçkidən sonra baş verə biləcək hər hansı hadisəni indidən demokratlara bağlamaq absurddur”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv