“Rusiya təcavüzünü dəf etməkə Ukrayna hərbçilərinə dəstək olmaq ABŞ-nin milli maraqlarına uyğundur”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin keçmiş vitse-prezidenti, 2024-cü ilə keçiriləcək prezident seçkiləri üçün namizədliyini bəyan etmiş Maykl Pens deyib.
Onun sözlərinə görə, bu müharibədə Rusiya qalib gələrsə, ondan sonra təcavüzkar ölkə ilə ABŞ döyüşməli olacaq:
“Sizə deməliyəm ki, hazırda Ukraynada baş verənlər sadəcə müharibə yox, şərdir. Açıq danışsaq, oraya səfərdən döndüyümdə daha qətiyyətlə bu fikrə gəldim ki, Rusiya təcavüzünü dəf etməkə Ukrayna hərbçilərinə dəstək olmaq ABŞ-nin milli maraqlarına uyğundur.
Mən bu durumda Reyqanın “köhnə doktrina”sının tərəfdarıyam: əgər siz öz torpaqlarınızda ABŞ-nin düşmənləri ilə savaşırsınızsa, biz sizə onlarla mübarizə aparmaq üçün zəruri vasitələri verəcəyik ki, həmin düşmənlərlə biz vuruşmalı olmayaq.
Şübhə etmirəm ki, Putin Ukraynanı ələ keçirsə, Rusiya əsgərləri qısa müddətdə sərhədləri keçəcəklər və biz onlarla savaşmaq məcburiyyətində qalacağıq”.
www.yenicag.az