“Bayraktar”dan BRICS-ə: Türkiyənin gizli yüksəliş STRATEGİYASI

media-hightechnic-468x90

Bu kombinasiyada diplomatiya, ticarət və hərbi əməkdaşlıq Türkiyəni regional və qlobal gücə çevirir.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin beynəlxalq siyasətdə nüfuzlu aktora çevrilməsi barədə təhlil aparan “Medium” nəşri yazıb.

Təhlil məqaləsində qeyd olunub ki, güclü ölkələrdən danışanda adətən ABŞ, Çin və Rusiya yada düşür. Amma kölgədə başqa bir ölkə sakitcə təsir dairəsini genişləndirir – Türkiyə. Bir çoxları üçün Türkiyə sadəcə tətil yeri, NATO üzvü və ya zəngin mədəniyyəti ilə tanınan ölkədir. Lakin Türkiyəni xüsusi edən onun unikal coğrafiyasıdır. Tarix boyu Osmanlı imperiyasının hökmranlığı, Avropa ilə Asiyanın ticarət yollarının dəyişməsinə səbəb olmuş, bu da yeni dəniz yollarının, xüsusən Vasko da Qamanın Hindistana gedən marşrutunun kəşfinə gətirib çıxarmışdır.

Məqalədə o da vurğulanıb ki, bu unikal coğrafiya Türkiyəyə Avropa, Asiya və Afrikanın kəsişmə nöqtəsində yerləşmək imkanı verir. Bu gün Türkiyə yalnız əsgər yerləşdirmək yox, həm də pilotsuz təyyarələr satmaqla qlobal geosiyasətdə böyük rol oynayır. Hindistan-Pakistan münaqişəsində Türkiyə Pakistanı dəstəkləyərək yüzlərlə dron tədarük etmiş, müsəlman dünyasında liderlik ambisiyasını da ortaya qoymuşdur. Bu yüksəlişi anlamaq üçün Türkiyənin Şərqlə Qərb arasında balanslaşdırılmış mövqeyinə və çətinlikləri fürsətə çevirmə bacarığına diqqət yetirmək lazımdır.

Bildirilir ki, Türkiyənin strateji üstünlüyü onun Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşməsi ilə bağlıdır. Rusiya və Ukrayna ilə qonşuluğu, Cənubi Qafqaz, İran, Suriya və İraqla sərhədləri onu mürəkkəb regionda mühüm oyunçu edir. Bu coğrafiya həm imkanlar, həm də problemlər yaradır; Türkiyə Qərbi və Şərqi eyni anda nəzərə almaq məcburiyyətindədir. Prezident Ərdoğan rəhbərliyində Türkiyə həm NATO üzvü kimi ABŞ-nin yanında yer alır, həm də Rusiyadan silah alır, Qərbin sanksiyalarına qoşulmur, Ukraynaya pilotsuz təyyarələr satır və BRICS-ə qoşulmaq niyyətini açıqlayır. Ərdoğan deyir ki, Türkiyə Qərb üçün Şərqə, Şərq üçün Qərbə arxa çevirməyəcək.

Bundan başqa vurğulanıb ki, Türkiyənin yüksəlişi təkcə coğrafiyasına əsaslanmır. Onun 85 milyonluq əhalisi, güclü sənaye sektoru və NATO-nun ABŞ-dan sonra ikinci ən böyük ordusu var. Müdafiə sənayesi, xüsusilə “Bayraktar” pilotsuz təyyarələri ilə tanınır. Türkiyə qonşu regionlarda – Suriyada və Afrikada öz mövqeyini gücləndirir, eyni zamanda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi körfəz ölkələri ilə əlaqələri inkişaf etdirir. Bu kombinasiyada diplomatiya, ticarət və hərbi əməkdaşlıq Türkiyəni regional və qlobal gücə çevirir.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa