Bayram axşamı faciə

media-hightechnic-468x90

70559Xaçmazda axşam saatlarında ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

media-banner_tuq

Rayonun köhnə Xudat kəndi ərazisində baş verən qəzada bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlər alıb.

Qubanın Qırız kənd sakini, 1982-ci il təvəllüdlü Ərəstun Akif oğlu Seyidova məxsus “Mitsubishi Pajero” markalı avtomobil yolda hərəkət edən zaman həmin istiqamətdə avtomobildən düşən 2 sərnişini vurub. Belə ki, Elmar Fəxrəddin oğlu Arazova məxsus “Passat” markalı maşından düşən 2 sərnişindən biri dünyasını dəyişib, biri isə yaralanıb.

1991-ci il təvəllüdlü İmran İsmayıl oğlu İsmayılov hadisə yerindəcə keçinib. Ağır xəsarətlər alan 1989-cü il təvəllüdlü Ruslan Əsəd oğlu Əsədov Xaçmaz rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xaşmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır(ans).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05