!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram günlərinə olan hava proqnozu açıqlandı

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günlərində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.

İyunun 6-da hava dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

İyunun 5-6-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Rayonlarda iyunun 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 05-də axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

COP29

www.yenicag.az

1638
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv