!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

8 mart: Qadının biri özünü binadan atdı, digəri isə... - Azərbaycanda

!Reklam – Yazi

Zaqatalada 27 yaşlı qız özünü hündürmərtəbəli binanın dördüncü mərtəbəsindən yerə atıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 17 radələrində Zaqatala şəhəri İmam Şamil küçəsində, “Köhnə bazar” adlanan ərazidəki yeddimərtəbəli yaşayış binasının sakini 1991-ci il təvəllüdlü Günay Murad qızı Balayeva özünü dördüncü mərtəbədən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Günay Balayeva travmatikşok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

MRX-dan verilən məlumatda bildirilir ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən Günay Balayeva intihar etmək məqsədi ilə özünü binanın dördüncü mərtəbəsindən yerə atıb.

Faktla bağlı araşdırma aparılır.

Lənkəran sakini də intihara cəhd edib. “Report”un xəbərinə görə,  1988-ci il təvəllüdlü Darquba kənd sakini Abbasova Zülfiyyə Qəribəli qızı ailə-münaqişəsi zəminində həyat yoldaşı ilə mübahisə edib.

Atasının evinə gələn qadın axşam saatlarında sirkə turşusu içərək özünü öldürmək istəyib. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

www.yenicag.az

1691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv