Bayram öncəsi qiymətlərin alışıb-yanması…

media-hightechnic-468x90

manat

Adətən  bayram öncəsi bazarlarda, o cümlədən bütün satış obyektlərində ərzağın qiyməti bahalaşır.  Satıcılar bunun səbəbini müxtəlif cür izah edir. Kimisi məhsul qıtlığı, kimisi də, yüksək vergi rüsumunu əsas gətirirlər. Adi günlərdə daha ucuz satılan, yaxud heç satılmayan banan kimi ekzotik meyvələr, bayram ərəfəsində qiyməti “kəllə- çarxa” qalxır.

Doğrudur, bir neçə ildir ki, yarmarkalar təşkil olunur. Bazarlarla müqayisədə, burada qiymət nisbətən aşağıdır. Lakin ümumilikdə, əhali bunun da effektli olmadığını düşünür.

Yenicag.az olaraq, sosial şəbəkədə kiçik sorğu apardıq. “Bayram öncəsi bazar qiymətləri sizi qane edirmi?” sualı ilə şəbəkə istifadəçilərinə müraciət etdik.

Ramil Rüstəmov: “ Adətən bayram öncəsi qiymətlər aşağı olmalıdır ki,əhalinin kasıb təbəqəsi də bundan yararlana bilsin. Məncə, ət və ərzağın qiyməti bir az ucuz olsa, lap yaxşı olardı. İmkansızlara ianə və yardımların verilməsini istərdim”.

Elnarə Kərimova: “Təbii ki, qane etmir. Azərbaycanda bayram qiymət artımı ilə müşayiət olunur. Bu hal  bizim bazarların dəyişməz prinsipidir”.

Dilqəm Əhməd: “ Hələ ki, bayram bazarlığı etməmişik. Hər il qane edib, yəqin ki, bu il də qane edər”.

Gülnarə Abbasova: “Əsla qane etmir. Halal zəhmətlə dolanan adam üçün çox çətindir”.

Bəhruz Qaçayev: “ Xeyr. Qəti qane etmir. Bayrama hələ 1 həftə olmasına baxmayaraq, qiymətlər indidən əl yandırır”.

Lamiyə Mustafayeva: “ Bazarlığı mən etmədiyimə görə, dəqiq məlumatım yoxdur”.

İsmət Paşayev: “ Bazar qiymətləri qətiyyən qane etmir. Bazarlarda həddən artıq bahalaşma var”.

Gültəkin Quliyeva: “Deməli hər il olduğu kimi bu il də çox güman ki bazarlarda bayram fırıldağı ilə qarşılaşacıyıq. Çünki hər bayramda sahibkarlar, işbazlar üçün sanki imkan yaranır. Bir iki günə varlanmaq istəyirlər. Halbuki, qonşu Türkiyədə bayramlar başlayan kimi endirimlər, güzəştlər, əlavə hədiyyələr verərək müştəri cəlb edirlər. Bizdə isə tamam fərqlidir. Sahibkar, alverçi müştəriyə bonuslar, güzəştlər əvəzinə ona necə kələk gəlmək haqında fikirləşir. Bir sözlə, işbazlar ciblərini doldurmaq üçün məhz bayramları gözləyirlər. Nə qədər desələrdə ki, kənd təsərrüfatı nazirliyi bazara, yarmarkaya nəzarət edir, yalandır. Çünki işbaz onsuz da öz işini görür. Qiymətdə bahalaşma etməsə də, çəkidə həmin qiyməti 3-5 qat çıxır. Odur ki, bu bayram də o birilərindən fərqlənməyəcək. Bazarda hər il yaşanan fırıldaqlar bu il də gözlənilir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600