!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayraq rənglərindən yersiz istifadənin hüquqi MƏSULİYYƏTİ: "Bununla bağlı sərt qanunlar..."

!Reklam – Yazi

“Mövzu ilə bağlı qanunvericilikdə sərt qanunlar müəyyələşdirilib”.

Bu fikirləri süpürgə başlığında Azərbaycan bayrağının rənglərindən  istifadə edilməsilə bağlı sosial şəbəkələrdə yayılmış foto haqqında danışan Milli Məclisin deputatı Zahid Oruc Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, beynəlxalq praktika fərqlidir:

“Bayrağın dövlətin mühüm atributu olması real həqiqətdir. Əbədiləşdirmə, simvollaşdırma, kommersiya-iqtisadi və sosial müstəvidə istifadəsi ilə bağlı isə fərqli ənənələr var. Bu yanaşmalar isə Azərbaycan adət-ənənələrinə uyğun deyil. Bayrağı kimlərsə xaricdə fərqlənmə nişanı kimi, kimiləri isə başqa məqsədlər üçün istifadə edir.

Bununla bağlı qanunvericilikdə sərt qanunlar müəyyələşdirilib. Azərbaycanın dövlət bayrağını hər hansı bir şəkildə istismar etmək, aşağılamaq qəti olaraq yolverilməzdir. Azərbaycan əsgəri nə olur-olsun, bayrağını yüksəklərdə dalğalandırıb. Obrazlı mənada söylənilən “Allahdan sonra bayraqdır” ifadəsi həqiqətdir. Ona görə də bayraq rənglərini bilərəkdən və ya bilməyərəkdən lazımsız yerlərdə işlətmək alqışlanası hal deyil”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv