Bazarlardan yoxa çıxan KƏND YUMURTASI: "Digər ölkələrlə müqayisədə kəskin bahalaşma..." - VİDEO
Son günlər ölkədə yumurta qıtlığı və qiymət artımı ilə bağlı narahatlıq müşahidə olunur. Alıcıların sözlərinə görə, bazarlarda qiymətlər yüksəlib, bəzi rayonlarda isə kənd yumurtasının tapılması çətinləşib.
Yenicag.az-a açıqlamasında Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, ölkədə sənaye üsulu ilə istehsal olunan yumurtada heç bir problem yoxdur. 
O, qıtlığın, əsasən, kənd yumurtasında müşahidə olunduğunu deyib.
Ekspert bildirib ki bunun səbəbi qış aylarında yumurta istehsalının azalmasıdır.
“Bayramqabağı müəyyən qədər qıtlıq ola bilər, amma ümumilikdə bazarda kifayət qədər yumurta mövcuddur. Qiymət artımı yalnız kənd yumurtasına aiddir. Qonşu ölkələrdə və Avropa dövlətlərində yumurtanın qiyməti Azərbaycandan daha bahadır. Azərbaycan bazarında yumurta qiymətləri nisbətən sabitdir və digər ölkələrlə müqayisədə kəskin bahalaşma yoxdur”.
Ətraflı videomaterialda:
Samir Məcid












