“Bədbəxt adamdır” – Lavrov Zelenskini TƏHQİR ETDİ

media-hightechnic-468x90

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenskini “bədbəxt adam” adlandırıb.

Yenicag.az “Sputnik”ə istinadla xəbər verir ki, bu fikirləri o, Zelenskinin İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda Rusiya prezidenti Vladimir Putinin şəxsən iştirakını tələb etməsinə cavab olaraq səsləndirib.

“Zelenski əvvəlcə bəyanatlar verdi ki, guya Putin şəxsən danışıqlara qatılmalıdır. Bədbəxt adamdır… Bunu hamı anlayır, yəqin ki, yalnız özü və onu kukla kimi idarə edənlər istisna olmaqla. Sonra onun böyük dostları başa saldılar ki, belə axmaq davranmaq olmaz və danışıqlar vacibdir”, – deyə Lavrov Rusiyanın Diplomatik Klubunun iclasında bildirib.

Nazir əlavə edib ki, hazırkı mərhələdə münaqişənin həlli üzrə aparılacaq danışıqların çətin olacağına şübhə yoxdur, lakin bu təşəbbüsə şans verilməlidir:

“İndi hamı Ukraynadan danışır. Söhbət İstanbulda, məhz bu saatlarda baş verən intriqalı prosesdən gedir”.

Lavrov qeyd edib ki, Qərb kuratorları Kiyev hakimiyyətindən ölkə Konstitusiyasına zidd olan qanunları ləğv etməyi və normal siyasi kursa qayıtmağı tələb etməlidir:

“Britaniyalılar indi Zelenskini bir kukla kimi beynəlxalq siyasətin cəngəlliklərindən aparırlar”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynaya heç bir ilkin şərt olmadan 15 may tarixində İstanbulda birbaşa danışıqlara başlamağı təklif etmişdi. O, bu danışıqlar zamanı tərəflərin atəşkəslə bağlı razılığa gələ biləcəyini də istisna etməmişdi.

Artıq Rusiya nümayəndə heyəti İstanbuldadır. Heyətə prezident Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə bildirib ki, Lavrovun Ermənistana səfəri üzərində iş aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600