Avropa Gimnastikasının təşkilatçılığı ilə bu il ölkəmizdə bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib.
Yenicag.az xəbər verir ki, yeni formatı ilə fərqlənəcək yarış mayın 3-dən 5-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.
Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək.
Kubokda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.
www.yenicag.az