Bu gün Bakıda Mİlli Gimnastika Arenasında bədii gimnastika üzrə beşinci Regionlararası Kubok başlayıb.
Yenicag.az xəbər verir ki, yarışlarda 2008-2010-cu il təvəllüdlü gimnastlar alətsiz və halqa ilə, 2006-2007-ci il təvəllüdlü gimnastların halqa və top ilə fərdi proqramda, eləcə də 2008-2010-cu il təvəllüdlü gimnastlar komandası halqa ilə və 2006-2007-ci il təvəllüdlü gimnastlar komandası lentlərlə qrup proqramında iştirak edəcək.
Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.
Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.
Turnirin son günü isə Bölgələrarası Kubok start götürüb. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.
Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər./Trend/
www.yenicag.az